Maqnit qasırğası Yeri bürüdü

Reklam sahəsi

Yer kürəsində zəif olaraq qiymətləndirilən G1 səviyyəli maqnit qasırğası müşahidə edilir.

Elchi.az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Geomaqnit prosesi gecə saatlarına yaxın zəif təlatümlərlə start götürüb və bundan bir neçə saat sonra qasırğa həddinə çatıb. Buna əsas səbəb kimi Günəş səthindəki qeyri-standart formalı tac dəliyi nəticəsində küləyin sürətinin kəskin artması göstərilir.

Sözügedən təbiət hadisəsi bir gün əvvəldən ehtimal edilirdi. Hazırda ekspertlərin gəldiyi qənaətə əsasən, aktivlik özünün ən yüksək nöqtəsindədir və bundan daha yuxarı səviyyəyə qalxması gözlənilmir.

Bununla yanaşı, mütəxəssislər iyun ayının indiyədək ümumilikdə sakit və mülayim fonda keçdiyini xüsusi vurğulayıblar. (oxu.az)

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir