Makron Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişdiyini bildirib

Reklam sahəsi

“ABŞ prezidenti Donald Tramp Ukrayna ətrafında vəziyyət və onun Rusiya ilə münaqişədə perspektivləri ilə bağlı qiymətləndirməsinə yenidən baxıb”.

Elchi.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron G7 sammitinin nəticələrini şərh edərkən deyib.

Fransa liderinin sözlərinə görə, Amerika prezidentinin mövqeyində dəyişikliklər G7 liderlərinin görüşü zamanı nəzərə çarpıb.

“O, Ukraynanın uduzacağını düşünərək gəlib. Amma fikrini dəyişdi. Bəli, bu G7 zirvə toplantısında münasibətdə real dəyişiklik oldu”,-deyə Makron bildirib.

G7 sammiti iyunun 15-dən 17-dək Fransanın Evian-les-Bains şəhərində keçirilib. Tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya liderləri iştirak edirdi. Əsas müzakirə mövzuları Ukrayna ətrafındakı vəziyyət, beynəlxalq təhlükəsizlik məsələləri və diplomatik təşəbbüslər olub.

                                                                                                                                                                       Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir