Makron: Misli görünməmiş yanğınla üz-üzəyik

Reklam sahəsi

Fransa Prezidenti Emmanuel Makron dedi: “Görünməmiş yanğınla üzləşirik. İkinci Dünya Müharibəsindən bəri ən pis vəziyyət.”
Elchi.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Daxili İşlər Naziri Loran Nunyes ilə birlikdə Bordo şəhərindəki Jironda Yanğından Mühafizə və Xilasetmə Əməliyyatları Mərkəzini (CODIS) ziyarət etdi. Burada ölkənin cənub-qərbindəki Jironda bölgəsində 42.000 hektar ərazini əhatə edən yanğın barədə məlumat alan Makron dedi: “Mən burada bütün ölkənin dəstəyini ifadə etmək və sizə təşəkkür etmək üçün gəlmişəm. Baş verənlərdən sonra dərhal mübarizəyə qoşuldunuz. Sizə çox borcluyuq. Görünməmiş yanğınla üzləşirik. İndiyə qədər qeydə alınan ən ciddi vəziyyəti yaşayırıq. İkinci Dünya Müharibəsindən bəri ən pis vəziyyətlə üzləşirik.”
Makron bildirib ki, ilin əvvəlindən bəri ölkə daxilində təxminən 116.000 hektar ərazi yanğınlardan təsirlənib və uzun müddət davam edən quraqlıq, həddindən artıq temperatur və külək meşəlik əraziləri yanğına daha həssas edib. Makron bildirib ki, “Jirondadakı yanğın son 24 saat ərzində sabitləşib, lakin hələ tam nəzarət altına alınmayıb. Son 24 saat müsbət keçib, amma ehtiyatlı olmalıyıq. Temperatur yenidən yüksələcək və külək davam edəcək. Bu mübarizədə birlikdə qalib gələcəyik”.
O, əlavə edib ki, təhlükəsiz şərait yaradılana qədər təxliyə edilənlərə evlərinə qayıtmağa icazə verilməyəcək və evlərini və ya bizneslərini itirənlərə sığınacaq, iqtisadi dəstək, sığorta və psixoloji yardım göstəriləcək.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir