Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub
Madridin (İspaniya) şimalında iyulun 16-dan bəri davam edən meşə yanğını 30 min hektara yaxın ərazini məhv edib.
Elchi.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.
Yanğın səbəbindən 34 yaşayış məntəqəsini təxliyə etmək lazım gəlib. Daha 14 yaşayış məntəqəsində təhlükəsizlik məqsədilə hərəkət məhdudlaşdırılıb. Ümumilikdə bu tədbirlər 1 200-dən çox insana təsir edib.
Qeyd edilir ki, bəzi hallarda təxliyə yanğın təhlükəsindən daha çox tüstü səbəbindən havanın keyfiyyətinin pozulması ilə əlaqədardır.