Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapılıb
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.
Bu barədə Elchi.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.
Axtarışlar nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən iki qardaş – 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu, bundan başqa, 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.
Dördüncü şəxs – 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilirdi.