Livan şərtini açıqladı
“Hizbullah” təşkilatının birləşmələrinin Livanın cənubundan çıxarılması İsrail işğalçı qüvvələrinin təxliyəsi ilə eyni vaxtda baş verməlidir.
Elchi.az xəbər verir ki, bu barədə Livan hakimiyyəti və ABŞ ilə təmaslarda “Hizbullah”ın adından vasitəçi kimi çıxış edən Livan parlamentinin sədri Nəbih Berri bəyan edib.
“Hizbullah öz döyüşçülərini Litani çayından cənubdakı bölgələrdən yalnız o şərtlə geri çəkməyə başlayacaq ki, paralel olaraq İsrail qoşunlarının da işğal olunmuş ərazilərdən çıxarılması həyata keçirilsin”, — deyə siyasətçi bildirib.
Berri vurğulayib ki, münaqişənin bu variantda nizamlanmasına yalnız “quruda, dənizdə və havada qeyd-şərtsiz atəşkəs elan olunacağı təqdirdə” razılıq verəcək. O, iyunun 2–3-də Vaşinqtonda keçirilən Livan-İsrail danışıqlarında əldə olunmuş razılaşmaları “hibrid” adlandıraraq tənqid edib və Livanın cənubunda Livan ordusu ilə BMT sülhməramlılarının nəzarəti altında olacaq dırnaqarası “eksperimental zonaların” yaradılmasını müzakirə etməkdən imtina edib.
Məryəm