Kremldən Türkiyənin Ukrayna ilə bağlı bəyanatına CAVAB

Reklam sahəsi

“Rusiya Türkiyənin Ukrayna münaqişəsinin həllinə töhfə verməyə hazır olmasını yüksək qiymətləndirir”.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz türk dostlarımızın Ukrayna ətrafındakı vəziyyətlə bağlı sülh yoluna keçidə kömək etməyə davam etmək istəyindən yaxşı xəbərdarıq. Biz buna görə Türkiyə tərəfinə minnətdarıq”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov həmçinin Türkiyənin vasitəçiliyi ilə Ukrayna üzrə danışıqların ehtimal olunan bərpası məsələsinə toxunub. O bildirib ki, Moskva hazırda bunun üçün hər hansı yaxın perspektiv görmür, lakin böhranın həlli istiqamətində sülh prosesini davam etdirməyə açıq qalır.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanı münaqişənin həlli ilə bağlı Ankarada əldə edilmiş razılaşmaları dəstəkləməyə çağırıb. Diplomat həmçinin Ankaranın Kiyev üçün təhlükəsizlik zəmanətlərinin dəniz komponentinə rəhbərlik etməyə hazır olduğunu qeyd edib.

Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir