Kanadada turist gəmisi batıb
Kanadada göyərtəsində turistlərin olduğu gəzinti gəmisi batıb. Fövqəladə hadisə nəticəsində altı nəfər itkin düşüb.
Elchi.az xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.
Jurnalistlərin verdiyi məlumata görə, gəmi Riçmond şəhəri sahillərində batıb. Ümumilikdə gəmidə on nəfər olub. Dörd nəfəri xilas etmək mümkün olub, digərlərinin axtarışı isə davam edir. Axtarış-xilasetmə əməliyyatına Kanada Hərbi Hava Qüvvələrinin (HHQ) helikopterləri və təyyarələri cəlb olunub. Gəminin batma səbəbləri araşdırılır.
Məryəm