Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər naziri Anita Anand ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında aparılıb və A. Anand bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu səhər mən Azərbaycanın xarici işlər naziri C. Bayramov ilə Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə danışdım”, – o yazıb.
Kanadanın XİN rəhbəri bildirib ki, Cənubi Qafqazdakı proseslər və həll olunmamış məsələlərin nizamlanması da daxil olmaqla, davamlı və uzunmüddətli sülhün əhəmiyyəti müzakirə edilib.
This morning, I spoke with Azerbaijani Foreign Minister @Bayramov_Jeyhun about strengthening Canada–Azerbaijan relations and expanding cooperation in trade and investment. We also discussed developments in the South Caucasus and the importance of a durable long-term peace… pic.twitter.com/qXTw0jTmgu
— Anita Anand (@AnitaAnandMP) June 2, 2026