İyulun 30-dək Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

Reklam sahəsi

İyulun 30-dək Abşeron rayonu və Bakının bəzi qəsəbələrinin su təminatında fasilə olacaq.

Bu barədə Elchi.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində bu gün səhər saatlarından iyulun 30-u günorta saatlarınadək su təminatında fasilə yaranacaq.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir