İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ
Gecə saatlarında İtaliyanın cənubundakı Kalabriya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, 6,1 bal gücündə zəlzələ yerli vaxtla saat 00:12-də Kalabriya sahillərində baş verib. 250 kilometr dərinlikdə qeydə alınan zəlzələ Neapol, Basilikata, Apuliya və Siciliya da daxil olmaqla, ölkənin cənubunda hiss olunub.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Şayəstə