İsveçdə polis NATO əleyhinə keçirilən aksiyanın 20 iştirakçısını saxlayıb
İsveçin Helsinqborq şəhərində polis NATO əleyhinə keçirilən nümayişin təxminən 20 iştirakçısını saxlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “SVT” telekanalı məlumat yayıb.
Məlumata görə, saxlamalar “NATO-nu bağla” təşkilatı tərəfindən təşkil olunmuş nümayişin iştirakçıları NATO-ya üzv ölkələrin XİN rəhbərlərinin görüşünün keçirildiyi şəhər mərkəzinə daxil olmağa cəhd etdikdən sonra baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların üzərində axtarış aparıblar. Onlardan bir neçəsi polis avtobuslarına mindirilib.
Bundan əvvəl, təxminən 150 aksiya iştirakçısı nazirlərin görüşünə etiraz etmək üçün Qustaf Adolf meydanına toplaşıb. Qeyd edək ki, sözügedən görüş meydandan iki kilometr uzaqlıqda keçirilir. Bəzi etirazçılar maska taxaraq qara başlıqlı paltarlar geyinib və əllərində NATO əleyhinə şüarlar yazılmış transparantlar tutublar.
Nümayişçilər şəhərin bir neçə küçəsi boyunca yürüş ediblər. Polis onların hərəkətinə nəzarət edib.
Məryəm