İstanbulda Sabiha Gökçen Hava Limanına gedən metro qatarı relsdən çıxıb

Reklam sahəsi

Türkiyənin İstanbul şəhərində Sabiha Gökçen Hava Limanına doğru hərəkət edən metro qatarı relsdən çıxıb.

Elchi.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Hadisənin səbəbi hələlik müəyyən edilməyib. İnsidentdən sonra sərnişinlər öz imkanları ilə vaqonları tərk ediblər.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Mümkün xəsarət alanlarla bağlı rəsmi açıqlama verilməyib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir