İsraildə nazir Ben-Qvirə sui-qəsd planlaşdıran şəxs həbs edilib
İsrail polisi və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) terror fəaliyyətində şübhəli bilinən Nazaret şəhərinin 29 yaşlı sakini Məhəmməd Avadı saxlayıb.
Elchi.az xəbər verir ki, bu barədə İsrail polisi və ŞABAK məlumat yayıb.
İstintaqın məlumatına görə, şübhəli şəxs təşkilata üzv olmaq və terror aktı hazırlamaq üçün vəsait əldə etmək məqsədilə HƏMAS üzvləri ilə əlaqə qurub. İstintaq həmçinin hesab edir ki, Avad İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı hücum planlaşdırıb. Ona artıq müvafiq ittihamlar irəli sürülüb.
İsrail təhlükəsizlik xidmətləri vurğulayıblar ki, ölkə vətəndaşlarının İsrailin və onun sakinlərinin təhlükəsizliyinə təhdid yaradan fəaliyyətdə iştirak etdiyi hər bir hal maksimum ciddiliklə araşdırılır.
Məryəm