İsrail ordusu Livan ərazisindən növbəti atəş açıldığını bildirib
İsrail hərbçiləri Livan ərazisindən növbəti atəş açılmasını qeydə alıblar.
Elchi.az xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Bəyanata əsasən, atəş İsrailin şimalındakı sərhədyanı rayonlar istiqamətində açılıb. Orada bir neçə yerdə hava həyəcanı elan olunub.
Ümumilikdə hərbçilər üç mərminin atıldığını müəyyən ediblər, onlardan biri İsrail əsgərlərinin yaxınlığına düşüb, digərləri isə zərərsizləşdirilib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Məryəm