İsrail Livanda içində dörd şübhəlinin olduğu avtomobilə zərbə endirdiyini açıqlayıb

Reklam sahəsi

İsrail Müdafiə Ordusu Livanın cənubunda potensial təhlükə yaradan dörd nəfərin olduğu avtomobilə zərbə endirib.

Elchi.az  xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu yaxınlarda Əl-Əqidə bölgəsində təhlükəsizlik zonasına yaxınlaşan və əsgərlər üçün təhlükə yaradan avtomobildə dörd şübhəli aşkarlanıb. İdentifikasiyadan sonra İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün nöqtəvi zərbə endirib”, – bəyanatda bildirilib.

“İsrail Müdafiə Ordusu “Hizbullah”ın İsrail mülki vətəndaşlarına və ya əsgərlərinə zərər yetirməsinə imkan verməyəcək və birbaşa təhlükələri aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək”, – hərbçilər qeyd edib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir