İsrail döyüş təyyarələri Livanı bombalayır!
İsrail döyüş təyyarələrinin Livanın cənubundakı şəhərləri bombalamağa davam etdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, İsrail ordusu gecə ərzində cənub bölgələrini hava hücumları ilə hədəfə alıb.
Hesabatda İsrail döyüş təyyarələrinin cənubdakı Nəbatiyyə bölgəsindəki Kafr Dunin şəhərini bombaladığı və paytaxt Beyrutun cənubundakı Sidon bölgəsindəki Benaful şəhərinin də döyüş təyyarələri tərəfindən hədəfə alındığı bildirilib.
Hesabatda həmçinin İsrail ordusunun gecə ərzində Qərbi Bekaa bölgəsindəki şəhərləri haubitsa topları ilə hədəfə aldığı da qeyd edilib.
Digər tərəfdən, İsrail ordusunun yazılı açıqlamasında iddia edilir ki, onlar “Livanın cənubundakı müxtəlif bölgələrdə Hizbullah infrastrukturuna qarşı hücumlarını davam etdirirlər”.
Şayəstə