“İranın siyasi sistemi ilə bağlı məsələni vətəndaşlar həll etməlidir” – BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş hesab edir ki, İranın rəhbərliyi məsələsini yalnız İslam Respublikası vətəndaşları həll etməlidir.
Elchi.az xəbər verir ki, Qarqaş bu barədə Slovakiyanın GLOBSEC analitik mərkəzinin təşkil etdiyi forumda çıxışı zamanı deyib:
“İranın siyasi sisteminin gələcəyi ölkədəki insanlardan asılıdır. Düşünürəm ki, bizi kimin idarə etməli olduğunu kiminsə diktə etməsini istəməzdik. Düşünürəm ki, siyasi sistem məsələsini iranlılara buraxmaq lazımdır ki, onlar üçün uyğun olub-olmaması və ya bəzi dəyişikliklərə ehtiyacı var”.
O, əlavə edib ki, BƏƏ İran xalqının seçiminə hörmət etməlidir.
Mayın 14-də İranın xarici işlər naziri Abbas Əraqçi BƏƏ-ni ABŞ və İsrailin İslam Respublikasına qarşı təcavüzündə birbaşa iştirakda ittiham edərək, onun ölkəsi ilə bağlı siyasətinə yenidən baxmağa çağırıb.
Yeganə