İranın Küveytə kamikaze hücumu: Yaralılar var

Reklam sahəsi

Küveyt ordusu bildirib ki, “İranın kamikaze dron hücumu Küveyt Hava Limanındakı sərnişin terminalı binasına ziyan vurub və çoxlu sayda insan yaralanıb”.
Elchi.az xəbər verir ki, Küveyt ordusu Müdafiə Nazirliyinin sözçüsü, qərargah polkovniki Səud Əbdüləziz əl-Ətvanın açıqlamasını paylaşıb.
Ətvan bildirib ki, Küveyt Beynəlxalq Hava Limanındakı T1 sərnişin terminalı binası İran tərəfindən həyata keçirilən çoxsaylı kamikaze dron hücumlarında vurulub, ciddi ziyana səbəb olub və çoxlu sayda insan yaralanıb.
Ətvan əlavə edib ki, yaralılara lazımi tibbi yardım göstərilib və silahlı qüvvələr müvafiq orqanlarla əlaqələndirilərək vəziyyəti izləyir; ölkənin təhlükəsizliyini və sabitliyini qorumağa hazır olduqlarını vurğulayıb.
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İrana məxsus Qeşm adasına hücumuna cavab olaraq Küveytdəki ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazalara raketlərlə zərbə endirdiyini açıqlayıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir