İran xəbərdarlıq etdi: ABŞ öhdəliklərini pozarsa, hərbi cavab veriləcək
Birləşmiş Ştatlar tərəfindən danışıqlar prosesi çərçivəsində götürülmüş öhdəliklərin hər hansı şəkildə pozulması İran tərəfindən hərbi cavabla nəticələnəcək.
Elchi.az xəbər verir ki, bunu İslam Respublikasının müdafiə naziri vəzifəsini icra edən Məcid ibn əl-Rza bəyan edib.
“Əgər danışıqlar zamanı düşmənin öz öhdəliklərini hər hansı formada pozduğunu görsək, buna döyüş meydanında cavab verəcəyik”, — deyə o, İranın dövlət teleradio şirkətinə şərhində qeyd edib. “İslam Respublikası eyni anda həm danışıqlar aparmaq, həm də qarşıdurmaya girmək gücünə malikdir”, — deyə ibn əl-Rza əlavə edib.
Məryəm