İran və ABŞ nümayəndə heyətləri Dohada qeyri-birbaşa danışıqlar keçirəcək

Reklam sahəsi

İran və ABŞ nümayəndə heyətləri bu gün Dohada Qətərin Baş naziri və Pakistan vasitəçiləri ilə görüşürlər, lakin “bu gün Qətərdə İran və ABŞ nümayəndə heyətləri arasında birbaşa danışıqlar planlaşdırılmayıb”.

Elchi.az xəbər verir ki, bu barədə “Al Arabiya” öz mənbələrinə istinadən məlumat yayıb.

Eyni zamanda, mənbələr qeyd ediblər ki, ABŞ və İran nümayəndə heyətləri arasında vasitəçilərin iştirakı ilə qeyri-birbaşa danışıqlar sabah, çərşənbə günü baş tutacaq.

Onlar əlavə ediblər ki, İran və ABŞ arasında sabahkı danışıqlar əsasən Hörmüz boğazı və ümumi sabitlik məsələlərinə yönələcək.

Mənbələrin məlumatına görə, həftənin sonunda İran dondurulmuş aktivlərindən 3 milyard dollar əldə edəcək.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir