İran hərbi rəhbərliyi Xameneyi ilə vida günlərində ABŞ və İsrailə xəbərdarlıq edib

Reklam sahəsi

İran Xameneyi ilə vida günlərində ABŞ və İsrailə respublikaya hücum etməmək barədə xəbərdarlıq edib.

Elchi.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiyə” mərkəzi qərargahının rəisi Əli Abdullahi Amerika Birləşmiş Ştatları və İsrailə ölkənin həlak olmuş ali lideri ayətullah Əli Xameneyi ilə vida mərasimlərinin keçirildiyi günlərdə İslam Respublikasına hücum etməkdən çəkinməyi məsləhət görüb və sərt cavab zərbələri ilə hədələyib.

“Bu əzəmətli və ibrətamiz günlərdə İranın düşmənlərinə, ilk növbədə Amerika Birləşmiş Ştatlarına, sionist rejimə (İsrail nəzərdə tutulur) və onların regional statuslu, həmçinin regiondan kənar müttəfiqlərinə xəbərdarlıq edirik ki, hər hansı bir yanlış addımdan çəkinsinlər. Əziz vətənimizə qarşı hər hansı bir təhdid və ya təcavüzə silahlı qüvvələrin sıralarında xidmət edən İran xalqının övladları tərəfindən veriləcək sərt cavabı unutmasınlar”, — deyə İranın dövlət teleradioşirkəti onun sözlərindən sitat gətirir.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir