İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib. “Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib. Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib. Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.

Reklam sahəsi

Yaxın günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketləri tədarük edəcək.

Elchi.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Yaxın günlərdə biz ABŞ-dən bir partiya alacağıq, eyni zamanda mənim avropalılarla ayrıca razılaşmalarım olub (Ankarada keçirilən NATO sammiti çərçivəsində – red.). Orada hələlik konkret müddətlər yoxdur, lakin əlavə PAC-3-lər olacaq”, – Ukrayna lideri dəqiqləşdirib.

Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampa Ukraynaya “Patriot” istehsalı üçün lisenziyanın verilməsi ilə bağlı müsbət qərara görə təşəkkür edib. “Biz bu məsələni prezident və onun nümayəndə heyəti ilə ətraflı müzakirə etdik. Prezident Tramp dəfələrlə vurğulayıb ki, bu gün dünyada “Patriot”u iki-üç ölkə istehsal edə bilər, çünki qalanları texnoloji cəhətdən buna hazır deyil. Ukrayna Amerika tərəfindən bunu etməyə hazır ölkə kimi tanınıb”, – o qeyd edib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir