Hindistan Əfqanıstana onlarla ton tibbi yardım göndərib

Reklam sahəsi

Hindistan uşaqların immunizasiyası proqramına dəstək məqsədilə Əfqanıstana BCJ (vərəm əleyhinə), həmçinin tetanus və difteriya əleyhinə vaksinlərin istehsalı üçün 20 ton kritik əhəmiyyətli material göndərib.

Elchi.az xəbər verir ki, bu barədə Hindistan XİN-in rəsmi nümayəndəsi Randhir Caysval “X” sosial şəbəkəsində məlumat verib.

Yük Kabula çatdırılıb və ölkədəki milli peyvənd proqramının gücləndirilməsi üçün nəzərdə tutulub. Qeyd olunur ki, əlavə tibbi materialların tədarükü də artıq yoldadır.

Hindistanın xarici siyasət idarəsindən bəyan ediblər ki, Yeni Dehli “dost Əfqanıstan xalqına” səhiyyə və humanitar yardım sahəsində dəstək göstərməyə davam edəcək.

Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir