Hansı ixtisas qrupunda iştirakçı daha çoxdur?

Reklam sahəsi

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyən 27 741 abituriyent qeydiyyatdan keçib.

Elchi.az xəbər verir ki, qeydiyyatdan keçənlərin 6 139-u I, 9 252-si II, 10 747-ü III, 1 603-ü IV ixtisas qrupu üzrə imtahanda iştirak edəcək.

24 133 abituriyent Azərbaycan bölməsi, 3 608 abituriyent isə rus bölməsi üzrə imtahanda iştirak edəcək.

Xatırladaq ki, imtahanda iştirak üçün qeydiyyat iyunun 1-dən başlayıb və iyunun 8-i yekunlaşır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir