Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb

Reklam sahəsi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarda Avropa İttifaqının (Aİ) rəsmiləri ilə görüşüb.

Elchi.az  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“H. Fidan, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Aİ Komissiyasının məsul üzvləri Marta Kos və Maqnus Brunner ilə bir araya gəlib”, – məlumatda bildirilib.

Görüşün müzakirə mövzuları hələ açıqlanmır.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı zamanı NATO liderlərindən Avropanın müdafiəsinin gücləndirilməsinə dair qəti siyasi iradə gözlədiyini bildirib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir