Gürcüstanın mədəniyyət naziri istefa verib
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.
Elchi.az xəbər verir ki, o, bu barədə yaydığı bəyanatda bildirib.
Tinatin Ruxadze vəzifəsini tərk etməsini sağlamlıq durumu ilə əlaqələndirib.
Qeyd edək ki , Tinatin Ruxadze 2024-cü ilin oktyabrından Gürcüstanın mədəniyyət və idman naziri vəifəsini tuturdu. 2025-ci ildə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin bazasında iki müstəqil qurum – Mədəniyyət Nazirliyi və İdman Nazirliyi yaradılıb. Tinatin Ruxadze həmin vaxt mədəniyyət naziri postuna təyinat almışdı.