Gürcüstanın mədəniyyət naziri istefa verib

Reklam sahəsi

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.

Elchi.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.

İstefanın səbəbi kimi sağlamlıq vəziyyəti göstərilib.

“Baş nazirlə məsləhətləşdikdən sonra mədəniyyət naziri postundan istefa vermək qərarına gəldim. Sağlamlıq vəziyyətimlə əlaqədar mənə təcili müalicə kursu lazım olacaq ki, bu da vəzifələrimi lazımi şəkildə icra etməyimə imkan verməyəcək”, – məlumatda qeyd edilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir