Gürcüstanda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb

Reklam sahəsi

Gürcüstanda zəlzələ baş verib.

Elchi.az xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 20:40-da Axalqori şəhərindən 23 kilometr şimalda, Ukanamxari kəndindən 1 kilometr aralıda qeydə alınıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 3.3 təşkil edib.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir