“Gücləndirilmiş təhlükəsizlik tələb olunur” – Lukaşenko
“Belarusun cənub sərhədində vəziyyət gərgin olaraq qalır və gücləndirilmiş təhlükəsizlik tələb olunur”.
Elchi.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko silahlı qüvvələrin 2026-2030-cu illər üçün inkişafına dair müşavirədə deyib.
Belarus liderinin sözlərinə görə, cənub istiqamətində vəziyyət hərbi diqqətin artırılmasını tələb edir.
Lukaşenko qeyd edib ki, 1500 kilometr uzunluğunda cənub sərhədi heç vaxt olmadığı kimi yanır
O, vurğulayıb ki, mövcud vəziyyət sərhəd mühafizəsinin gücləndirilməsinin zəruriliyi sualına cavabdır.
“Cənub sərhədini gücləndirilmiş təhlükəsizliklə qorumalıyıq, ya yox? Cavab budur – etməliyik”,-deyə Belarus prezidenti bildirib.
O, əlavə edib ki, ordunun işi ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etməkdir.
Lukaşenko Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətində Belarus uşaq futbol komandasını daşıyan avtobusa hücumunu da şərh edib. O hesab edir ki, respublika sakitliyinə görə qisas alır.
Yeganə