Fransa və 4 Aİ ölkəsindən Rusiyaya sərt etiraz
Rəsmi Paris Almaniyamın Leypsiq şəhərində partlayıcı maddələr daşıyan dron aşkar edildikdən sonra Moskvaya sərt etirazını bildirib.
digər Avropa paytaxtları da Rusiya nümayəndələrindən izahat tələb edib.
Çağırışa səbəb avqust ayında dronun hava limanında görünməsinin arxasında Moskvanın durması ilə bağlı ittihamlar olub. Fransa Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.
Portuqaliya xarici işlər naziri Paulo Rangel də Lissabondakı Rusiya səfirini çağırmaq qərarına gəlib. O, Aİ-nin cavabının “çox sərt” olacağına ümid etdiyini bildirib.
Finlandiya və Hollandiyanın xarici işlər nazirlikləri də oxşar tədbirlər görüblər. Belçika xarici işlər naziri Maksim Prevost Almaniya ilə tam həmrəyliyini ifadə edərək, ölkənin Aİ və NATO-ya üzvlüyünü xatırladıb.
Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Rusiyanın Aİ-dəki müvəqqəti daimi nümayəndəsini çağırıb.
Eyni zamanda, Rusiyanın Bonndakı baş konsulluğu hazır beynəlxalq pasportların verilməsi prosedurunu dəyişdirib. 100% hazırlıq statusuna malik sənədlər 11 sentyabr tarixinə qədər görüş təyin etmədən götürülə bilər.
Ofis bağlandıqdan sonra tələb olunmayan pasportlar Berlindəki Rusiya səfirliyinə təhvil veriləcək. Hələ də işlənən sənədlər üçün müraciətlər də ora göndəriləcək.
Baş konsulluq bütün görüşləri ləğv edib. Bu qərar Almaniya hökumətinin ofisi 18 sentyabr tarixinə qədər bağlamaq tələbi ilə bağlıdır.