Fransa 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edir
Fransa parlamenti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib. Fransa sosial mediadan istifadəyə yaş məhdudiyyəti tətbiq edən ilk Aİ ölkəsi olub.
Elchi.az xəbər verir ki, Prezident Emmanuel Makron tərəfindən dəstəklənən və 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsi Fransa Senatı tərəfindən təsdiqləndikdən sonra Milli Assambleyada səsə qoyulub.
Qanunun səsə qoyulduğu iclasda çıxış edən parlament üzvləri bu tənzimləmənin fransız uşaqlarını qorumaq üçün zəruri olduğunu vurğulayıblar.
Aylarla davam edən danışıqlardan sonra yekunlaşdırılan qanun layihəsi 279 parlament üzvünün 81-nin əleyhinə səs verməsi ilə təsdiqlənib. Beləliklə, Fransa sosial mediadan istifadəyə yaş məhdudiyyəti tətbiq edən ilk Avropa Birliyi (AB) ölkəsi olub.
ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada Makron “vəd edildiyi kimi” 15 yaşdan kiçiklərin sosial mediaya çıxışının qadağan olunduğunu açıqlayıb. Qanun layihəsini dəstəkləyən parlamentarilərə təşəkkür edən Makron, uşaqların onlayn qorunması üçün qanunun tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Şayəstə