Fon der Lyayen İlham Əliyevə Ermənistanla sülh haqqında: Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz

Reklam sahəsi

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.

Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.

“Mənim məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir”, – Avropa Komissiyasının rəhbəri deyib.

O, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesinin nəticələri münasibətilə təbrik edib:

“Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir. Bu gün mən sizi tarixi sülh sənədini paraflamağınız münasibətilə təbrik etmək istərdim. Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz və bu, sabitliyə, etimada və birgə rifaha yol açır. Avropa İttifaqı bu sülh prosesini qətiyyətlə dəstəkləyir və biz bundan sonra da mümkün olan hər şeyi edəcəyik. Biz sülhə kağız üzərində deyil, realda töhfə verməyə hazırıq və bu gün də, hər gün də bu istiqamətdə çalışmalıyıq”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir