Finlandiyada NATO-nun ön quru qoşunlarının qərargahı yaradılır

Reklam sahəsi

NATO-nun Finlandiyanın Rovaniemi şəhərindəki ön quru qoşunlarının qərargahı iyunun 6-da fəaliyyətə başlayacaq.

Elchi.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hökumətin səlahiyyət müddətinin əvvəlində Finlandiyada NATO-nun ön quru qoşunlarının qərargahını formalaşdırmaq hədəfimizi bəyan etmişdik. O vaxtdan bəri irəliləyiş sürətli olub və sabah Finlandiyada NATO-nun ön quru qoşunlarının qərargahı rəsmən yaradılacaq”, — deyə qurum respublikanın müdafiə naziri Antti Hyakkanyenin sözlərini sitat gətirib.

Qərargahın əsas nüvəsini İsveçin 600 hərbi qulluqçusu təşkil edəcək. Ştatın komplektləşdirilməsində Böyük Britaniya, Fransa, İtaliya, Danimarka və İslandiya da iştirak edəcək.

Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir