Ermənistanda “Eagle Partner 2026” hərbi təlimləri başa çatıb

Reklam sahəsi

Ermənistan, Yunanıstan, ABŞ və Fransanın hərbi kontingentlərinin iştirakı ilə keçirilən “Eagle Partner 2026” hərbi təlimləri Ermənistanın “Zar” təlim mərkəzində başa çatıb.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təlim rəhbərliyi şəxsi heyətə səmərəli əməkdaşlığa, yüksək peşəkar hazırlığa, təlimlərin uğurla keçirilməsinə və təcrübə mübadiləsinə görə təşəkkür edib.

Nazirlikdən bir daha xatırladıblar ki, başa çatan hərbi təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyaların yerinə yetirilməsi zamanı iştirakçı bölmələr arasında əməkdaşlıq səviyyəsini yüksəltmək, birgə əməliyyatların təşkilini təkmilləşdirmək və tərəfdaş ölkələr arasında əməkdaşlığı gücləndirmək olub.

Ermənistan-ABŞ təlimləri 2023-cü ildən bəri hər il Ermənistan ərazisində keçirilir. Bu il həmin təlimlərə Yunanıstan və Fransanın hərbi kontingentləri də cəlb olunub.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir