“Ərdoğan İsraili məhv etməyə çağırır” – Netanyahu
“İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yəhudi dövləti ilə bağlı ritorikasını çox ciddi qəbul edir və bunu ABŞ-ın diqqətinə çatdırmaq niyyətindədir”.
Elchi.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin bugünkü iclasında xəbərdarlıq edib.
“Təxminən bir gün keçmir ki, Ərdoğan İsrail dövlətini məhv etməyə çağırmasın. Biz bu sözləri çox ciddi qəbul edirik, çünki xalqımızın tarixi bizə bir şey öyrədibsə, kimsə sizi məhv etmək niyyətində olduğunu dedikdə, bu ciddi qəbul edilməlidir”, – baş nazir sitat gətirib.
“Biz amerikalı dostlarımızın da diqqətini bu bəyanatlara yönəldəcəyik. Biz onlara məhəl qoymamaq fikrində deyilik”, – o, kabinet üzvlərinə deyib.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu nəticəsində yaranan müharibə başlayandan bəri Ərdoğan İsrailin ən sərt xarici tənqidçilərindən biri olaraq qalır. O, İsraili Qəzzada soyqırım törətməkdə ittiham edib, Beynəlxalq Cinayət Məhkəməsinin İsrail liderlərinin həbsinə order verməsini alqışlayıb və BMT-ni İsrailə qarşı güc tətbiq etməyi tövsiyə etməyə çağırıb.
Yeganə