Ərdoğan 10-cu dəfə baba oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye və Selçuk Bayraktarın üçüncü övladı dünyaya gəlib.
Elchi.az xəbər verir ki, Sümeyye və Selçuk Bayraktar cütlüyünü xəstəxanada ziyarət edən Rəcəb Tayyib Ərdoğan nəvəsinin və qızının səhhəti barədə məlumat alıb, Bayraktar ailəsini təbrik edib.
Prezident Ərdoğanın xəstəxana ziyarətində həyat yoldaşı Emine Erdoğan da yanında olub.
Sümeyyə və Selçuk Bayraktar cütlüyü 2017-ci ildə dünyaya gələn övladlarına Canan Aybüke, 2024-cü ildə doğulan övladlarına isə Asım Özdemir adını verib. Bu, ailənin üçüncü övladıdır.