Emin Əmrullayev: Qərbi Azərbaycan mövzusu təhsil və elmimizdə mərkəzi mövzulardan birinə çevrilib

Reklam sahəsi

“Bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd etmək istərdim”.

Elchi.az xəbər verir ki, bu fikirləri III “Qərbi Azərbaycana qayıdış” festival konfrasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Ötən dövrə nəzər saldıqda deyə bilərik ki, Qərbi Azərbaycan mövzusu ideyadan strateji fəaliyyət mərhələsinə keçib. Cənab Prezidentin siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdışla bağlı sistemli təşkilatlanma, maarifləndirmə və araşdırma tədbirləri həyata keçirilir.

Bu mövzu artıq ictimai düşüncənin formalaşmasında, təşəbbüslərimizin və diplomatiyamızın ayrılmaz hissəsinə çevrilib. Qarabağa və Şərqi Zəngəzura qayıdış birmənalı şəkildə göstərir ki, tarixi ədalət gec-tez öz yerini tapır. Bu gün azərbaycanlıların Qarabağa geri dönməsi də onu göstərir ki, müəyyən dövrlərdə ədalətsizliklə üzləşsək belə, xalq olaraq bu ədalətsizliklə mübarizə apardıqda arzularımıza nail ola bilirik”,- nazir vurğulayıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir