Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib – FOTO

Reklam sahəsi

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Gəncədə Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.

Elchi.az xəbər verir ki, tədbirdə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, müəllim və şagirdlər də iştirak ediblər.

“Son zəng” tədbirləri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Emin Əmrullayev bu il ölkə üzrə 116 min şagirdin məzun olduğunu bildirib, onların arasında işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin məzunlarının da yer aldığını vurğulayıb.

Nazir məzunlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.

Çıxışlardan sonra tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, 2025–2026-cı tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX siniflərini 8 341, XI siniflərini isə 6 583 nəfər olmaqla, ümumilikdə 14 924 şagird başa vurur.

Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir