Dəməşqdə partlayış: 4 ölü, 11 yaralı
Dəməşqin Ən-Nasr küçəsindəki kafelərdən birində partlayış baş verib, bir neçə nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi ölkənin təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin direktoru Əhməd əl-Bakkura istinadən məlumat yayıb.
“Partlayış yerindən “Əl-Müctəhid” xəstəxanasına 14 nəfər gətirilib. Onlardan dördü həyatını itirib, on nəfər isə xəsarət alıb. Daha bir yaralı isə Suriya Qırmızı Aypara Cəmiyyətinin xəstəxanasına çatdırılıb”, — deyə əl-Bakkur bildirib.
Məryəm