Çində kömür mədənində partlayış: 90 Ölü
Çinin Şansi əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində 90 işçi həlak olub.
Elchi.az xəbər verir ki, Sinxua xəbər agentliyinin məlumatına görə, səhər saatlarında Çanci qraflığının Çinyuan qraflığındakı kömür mədənində qazla əlaqəli partlayış baş verib.
İlkin məlumatlara görə, 247 işçinin çalışdığı mədəndə 90 işçi həlak olub.
Dağıntılar altında qalan işçilər üçün axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlar var.
Kömür mədənindəki partlayış son illərdə Çində baş verən ən ölümcül mədən qəzalarından biridir.
2023-cü ildə Daxili Monqolustan Muxtar Bölgəsindəki açıq mədəndəki mədənin çökməsi nəticəsində 53 işçi həlak olub.
Şayəstə