Çində daşqınlar: Onlarla insan həlak olub

Reklam sahəsi

Çinin cənubundakı Guangxi Zhuang Muxtar Bölgəsində şiddətli yağışların yaratdığı daşqınlarda 39 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Xinhua agentliyinin yerli rəsmilərə istinadən verdiyi məlumata görə, həddindən artıq yağış bölgədə daşqınlara səbəb olub.
Hesabatda bildirilir ki, daşqınlarda 39 nəfər ölüb, bəziləri Nannin şəhərindəki Liulan bəndindəki çat səbəbindən, 9 nəfər isə itkin düşüb.
Çinin cənubunda günlərdir davam edən daşqınlar səbəbindən Guangxi Zhuang Muxtar Bölgəsinin Nannin şəhərindəki Liulan bəndində çat əmələ gəldiyi və yüzlərlə insanın təxliyə edildiyi açıqlanıb.
Sosial mediada paylaşılan görüntülərdə daşqınlar nəticəsində kənd təsərrüfatı torpaqları və telefon dirəkləri su altında qalıb, bəzi insanların isə damlarda kömək istəməsi görünür.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir