Çində daşqın xəbərdarlığından sonra minlərlə insan təxliyə edildi
Çində daşqın riski səbəbindən fövqəladə vəziyyət elan edildikdən sonra minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edildi.
Elchi.az xəbər verir ki, Çin Su Ehtiyatları Nazirliyi və Çin Meteorologiya İdarəsi ölkənin daxili hissəsindəki qərbi Anhui əyalətində və şərqi Hubei əyalətində yaşayış məntəqələri üçün ən yüksək xəbərdarlıq səviyyəsi olan “qırmızı həyəcan” elan etdi. Daşqından zərər çəkmiş ərazilərdə 1805 nəfərin təxliyə edildiyi bildirildi.
Çin Fövqəladə Hallar Nazirliyi vəziyyəti yerində qiymətləndirmək və daşqınlardan zərər çəkmiş vətəndaşların əsas ehtiyaclarını ödəmək üçün bölgəyə işçi qrupunun göndərildiyini açıqladı.