Çin və Rusiya Hərbi Dəniz Qüvvələri Sarı dənizdə birgə hərbi təlim keçirib
Çin və Rusiya donanmalarının Sarı dənizdə və ətraf sularda birgə hərbi təlim keçirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Çin Müdafiə Nazirliyi iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən illik “Birgə Dəniz-2026” təliminin Çinin şərqindəki Şandun əyalətindəki Çinqdao şəhəri ətrafındakı sularda və hava məkanında keçirildiyini bildirib.
Bəyanatda təlimdən sonra hər iki tərəfdən bəzi elementlərin Sakit Okean ətrafında birgə patrul fəaliyyətləri keçirəcəyi və təlimin təhlükəsizlik təhdidlərinə birgə cavab vermək və regional sülh və təhlükəsizliyi qorumaq məqsədi daşıdığı qeyd edilib.
Şayəstə