Çimərliklərdə təhlükəsizlik tədbirləri ilə bağlı dəyirmi masa keçirilib

Reklam sahəsi

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı dalğıc-axtarış və xilasetmə işinin təşkili sahəsində birgə fəaliyyət” mövzusunda “dəyirmi masa” keçirilib.

Elchi.az FHN-ə istinadən xəbər verir ki, “Dəyirmi masa”da nazirliyin regionda fəaliyyət göstərən struktur bölmələrinin nümayəndələri, Xaçmaz, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Tədbir zamanı FHN Şimal Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şimal regionu üzrə Kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən region üzrə çimərliklərdə və digər sututarlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərinin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar edilmiş nöqsanlar, maarifləndirmə işinin vəziyyəti və həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı geniş məlumat verilib.

Tədbirdə, həmçinin regionda fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səslənib, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir