Bu muzeyə giriş sərbəst olacaq

Reklam sahəsi

5 iyulda Azərbaycan Dəmiryol Muzeyində ölkəmizin dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə “Açıq qapı” günü keçiriləcək.

ADY-dən Elchi.az-a verilən məlumata görə, ziyarətçilər elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin kolleksiyası ilə də tanış ola biləcəklər.

“Sizi dəmir yollarımızın qocaman tarixinə səyahətə, keçmişlə bu günü birləşdirən tərəqqi yolunu birlikdə kəşf etməyə dəvət edirik.

Giriş sərbəstdir”, – məlumatda bildirilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir