Bu məktəblərdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Reklam sahəsi

Sabah saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə Elchi.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

Bakı şəhəri “Zəngi” liseyi

Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir