Braziliya ABŞ-ın tarif qərarına reaksiya verdi

Reklam sahəsi

Braziliya hökuməti bildirib ki, ABŞ-ın Braziliyadan idxal edilən bəzi məhsullara 25 faizlik tarif tətbiq etmək qərarı Vaşinqtonun Braziliya iqtisadiyyatının strateji sektorlarına dair “məntiqsiz” tələblərini qəbul etməkdən imtina etməsinin nəticəsidir.
Elchi.az xəbər verir ki, Braziliya xarici işlər naziri Mauro Vieyra paytaxt Braziliyada verdiyi açıqlamada ABŞ-ı Braziliyadan idxal edilən bəzi məhsullara 25 faizlik tarif tətbiq etmək qərarına görə tənqid edib.
ABŞ ilə problemləri həll etmək üçün çoxsaylı görüşlər keçirdiklərini bildirən Vieyra deyib: “ABŞ hökumətini həqiqətən narahat edən şeyin Braziliyanın danışıqlar zamanı irəli sürülən həddindən artıq tələblərə və əsassız tətbiqlərə boyun əyməməsi olduğu son dərəcə aydındır”. Vieyra bildirib ki, ABŞ Braziliyanın strateji sektorlarını heç bir qarşılıqlı əlaqə olmadan ABŞ-a açmasını istəyir və əlavə edib: “Başqa sözlə, onlar bizim təslim olmağımızı tələb edirdilər”.
Vieyra, iki ölkə arasında ticarət gündəliyinin bütün aspektlərini müzakirə etmək üçün ötən ilin əvvəlindən bəri bütün səviyyələrdə – üzbəüz, onlayn və telefonla – 30-dan çox görüş keçirdiklərini vurğuladı və hökumətinin konstruktiv yanaşma tətbiq etdiyini iddia etdi.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir