BƏƏ Rusiya və Ukrayna arasında əsir mübadiləsində vasitəçiliyini davam etdirəcək
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynadakı münaqişənin nizamlanması və Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi üçün vasitəçilik səylərini davam etdirəcək.
Elchi.az xəbər verir ki, bu barədə ərəb dövlətinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Xarici İşlər Nazirliyi təsdiq edir ki, BƏƏ Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olunmasına, eləcə də böhranın qaçqınlar və əsirlərlə bağlı humanitar fəsadlarının yumşaldılmasına yönəlmiş səylərini davam etdirəcək”, — deyə sənəddə qeyd olunur. Qurumdan vasitəçiliyin növbəti mərhələsinin uğurla nəticələndiyini, bunun sayəsində “185-in 185-ə” formulu ilə mübadilənin baş tutduğunu bildiriblər. Əbu-Dabinin dəstəyi ilə azad edilən hərbi qulluqçuların ümumi sayı 7 471 nəfərə çatıb.
Məryəm