Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz
İki fransız diplomat İran təhlükəsizlik qüvvələri tərəfindən “son dərəcə ciddi hədə-qorxu aktına” məruz qalıb.
Elchi.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Nazirin sözlərinə görə, bir gün əvvəl fransız diplomatlar əsassız olaraq bir neçə saat saxlanılıb və dindiriliblər: “İran hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı kobud rəftar edib, diplomatlardan biri hətta fiziki zorakılığa məruz qalıb. Dindirmədən sonra onlar Fransa səfirliyinə qayıdıblar”.
Barro insidenti “diplomatik toxunulmazlığın kobud şəkildə pozulması” adlandırıb.